Moldovada prezident seçkiləri referendumla bir keçiriləcək

  • By ilhame
  • 28 Dekabr 2023 22:11

Moldova parlamenti Seçki Məcəlləsinə dəyişiklik edib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Moldovanın Aİ-yə daxil olması üçün nəzərdə tutulan referendum 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə birləşdiriləcək.

 

“Referendum prezident, parlament və yerli hakimiyyət orqanlarının seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Müvafiq dəyişikliklər bu gün keçirilən plenar iclasda təsdiq edilib”, – deyə qeyd olunub.

 

Xatırladaq ki, hazırda Moldovanın Prezidenti xanım Maya Sandudur. O, 2020-ci ilin dekabrında prezident seçkilərində qalib gələrək prezident seçilib.

Gununsesi.info