MN: Azərbaycan PUA-ları Ermənistan üzərində uçuşlar həyata keçirmir

  • By admin
  • 04 Noyabr 2020 21:23

Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”, – məlumatda vurğulanıb.

 

 

Gununsesi.info