
Ermənistan silahlıları Tərtərdəki yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, Tərtərdə yerləşən evlərin birinə altı mərmi atılıb. Nəticədə ev tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, 27 sentyabrdan bu günə qədər Tərtər rayonu ərazisinə 15698 mərmi, 21 raket düşüb. Bunun nəticəsində, 915 fərdi yaşayış evi zərər çəkib, onlardan 135-i isə tamamilə dağıdılıb.
Gununsesi.info