Mirzoyan Kolonna ilə Azərbaycandan danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, onlar Azərbaycanla normallaşma prosesini müzakirə ediblər.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A.Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə fransalı həmkarına məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.

Gununsesi.info