Mingəçevir şəhidlərinin əziz xatirəsi yad edildi – FOTOLAR

  • By arzu
  • 20 Yanvar 2021 17:02

Mingəçevirdə vətəndaşlar və şəhər ictimaiyyəti 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Şəhər İcra Hakimiyyətindən Gununsesi.org-a verilən məlumata görə, keçirilən ümumşəhər tədbiri zamanı əllərində gül dəstələri olan minlərlə mingəçevirli karantin rejiminin tələblərinə riaət etməklə, əsaslı təmirdən çıxarılmış Şəhidlər Xiyabanına axın edib. İlk olaraq, “20 Yanvar” Abidə Kompleksini ziyarət edən sakinlər xiyabandakı şəhidlərin məzarlarına gül dəstələri qoyublar.

Gələnlər arasında Vətən müharibəsi iştirakçıları və qazilər öz əsgəri borclarını yerinə yetirərək, şəhid olan əsgər yoldaşlarının məzarları önünə gül dəstələri qoyublar. Onlar “20 Yanvar” Abidə Kompleksi önündə Azərbaycanın Dövlət Himnini kollektiv şəkildə ifa ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mingəçevirdən Milli Məclisə deputat seçilmiş Milli Məclisin birinci vitse-spikeri Əli Hüseyinli və Millət vəkili Aydın Mirzəzadə Abidə Kompleksini ziyarət edərək əklil qoyublar. Burada onlar abidə önündə sıraya düzülmüş Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşüb ürək sözlərini  söyləyiblər. Sonra Şəhidlər Xiyabanındakı şəhidlərin məzarlarını ziyarət edib, şəhid ailələri ilə görüşüblər. Onlara başsağlığı veriblər. Şəhid ailələrinin arzu və istəkləri dinlənilib. Bir sıra suallara aydınlıq gətiriblər.

 

 

 

 

 

Gununsesi.org