“Ərim məni bu hərəkətimə görə təhqir etdi” – Flora Kərimova VİDEO

  • By arzu
  • 14 Yanvar 2021 12:31

Xalq artisti Flora Kərimova mərhum həyat yoldaşı Faiq Şəfiyev barəsində etiraflar edib.

 

Gununsesi.org xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan sənətçi həyat yoldaşının vaxtilə ona bağışladığı avtomobil barədə danışıb:

“Rəhmətlik həmişə mənə çox bahalı zinət əşyaları gətirirdi, mən də qəbul etmirdim. Bir dəfə mənə maşın hədiyyə etdi, açarı verdi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə dedim ki, Faiq, ya açarı aparırsan, ya da açarı həyətə atacam. Açarı həyətə atdım, məni çox təhqir etdi”.

 

Xanım sənətçi daha sonra həyat yoldaşının həmin avtomobili Xalq artisti İlhamə Quliyevaya bağışladığını deyib:

“Sonra avtomobili elə bir adama bağışladı ki… Əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə satdı, ona baş daşı qoydurdu. Ölənin dalınca danışmazlar”.

Qeyd edək ki, Xalq artisti iki dəfə ailəli olub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı İ.Topçubaşovun Flora Kərimovaya mahnı verməsiylə başlayıb. F.Kərimova ilə ailə quranda onların 20 yaş fərqləri var imiş. İ.Topçubaşovun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. F.Şəfiyev biznesmen olub. Lakin bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Gununsesi.org