
Ceff Bezos kənara. Dünyanın ən zəngin yeni insanı- Tesla elektrikli avtomobil şirkətinin təsisçisi Elon Mask.
SpaceX və The Boring Company şirkətlərini də idarə edən Maskın 185 milyard dollardan çox sərvəti var.
2017-ci ildən bəri bu titulu tutan Amazon qurucusu Bezosun 184 milyard dollar dəyərində sərvəti olduğu təxmin edilir.
Xəbərə cavab olaraq Mask “Nə qədər qəribədir”, sonra “Yaxşı, işə qayıt …” – deyə, tvit edib.
CNBC-nin məlumatına görə, Elon Mask zənginlər siyahının zirvəsinə tarixdə ən sürətli yüksələn şəxsdir.
2020-ci ilin əvvəlində 27 milyard dollarlıq gəliri ilə o, ən zəngin 50 nəfərin siyahısına salınıb.
İyul ayında Mask investisiya simvolu Warren Buffett-i keçən yeddinci varlı adam idi.
Noyabr ayında o, Microsoft-un təsisçisi Bill Qeytsi ikinci ən varlı insan kimi keçib.
Maskın sürətli artımının səbəbi elektrikli avtomobil şirkəti Teslanın son bir ildə səhmlərinin dəyərinin doqquz dəfə artmasıdır.
Mask hazırda şirkətin təxminən 20% -nə sahibdir və şirkət səhmlərindən böyük kompensasiya alır.
Gununsesi.info