Mikayıl Cabbarov: “Qeyri-neft məhsullarının ixracı 21,2% artıb”

“Bu ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,2% artaraq 1 milyard 187,2 milyon dollar təşkil edib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

HTML tutorial

“Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir”, – deyə nazir əlavə edib.

Gununsesi.info