Mikayıl Cabbarov Kristina Doroş ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan anlaşma memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək”.

Mikayıl Cabbarov Kristina Doroş ilə görüşüb

 

Gununsesi.info