Metroda gediş haqqı artırılacaq? - Rəsmi cavab

Bakı Metropoliteni QSC-nin gediş haqqı tariflərinin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat yoxdur”, – deyə o əlavə edib.

Bakı Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov isə jurnalistlərə bildirib ki, dünyada metro sistemlərində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur:

“Bir çox ölkədə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

E.Əhmədov qeyd edib ki, sosial qruplara münasibətdə də xüsusi yanaşmalar nəzərdə tutulur:

“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir”.

O əlavə edib ki, hələlik yekun qərar qəbul olunmayıb: “Bu istiqamətdə daim müzakirələr aparılır”.

 

Gununsesi.info