
Fransanın “PSJ” (Paris Sen-Jermen) klubunun argentinalı hücumçusu Lionel Messi koronavirusa yoluxub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“COVID-19 üçün götürülən test nəticəsi müsbət çıxan dörd oyunçu – Lionel Messi, Xuan Bernat, Serxio Riko və Natan Bityumazaladır. Onlar hazırda təcrid olunublar və müvafiq sağlamlıq protokoluna əməl olunur” – məlumatda deyilir.
Gununsesi.info