Meşə yanğınlarına görə Texasda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot bölgədə tüğyan edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Gununsesi.info xəbər verir ki, yanğın təxminən 240 min hektar ərazini əhatə edib.

Ştatın şimal-qərb hissəsindəki Panhandle şəhərində 5 minə yaxın sakin təxliyə edilib.

Səlahiyyətlilərin məlumatına görə, yanğının sürətlə yayılmasına saatda 64-96 kilometr sürətlə əsən güclü külək səbəb olub.

Bir çox magistral yollarda tüstü səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, görmə qabiliyyətini pisləşdirir.

Texasda meşə yanğınları fevralın 26-dan bəri davam edir.

 

Gununsesi.info