Masallıda tanınmış jurnalist həbs edilib

Cənub.az saytının və “Cənub Xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb. Zahir Əmənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Gununsesi.info xatırladır ki, Zahir Əmənov peşəkar jurnalist kimi tanınır. Onun rəhbəri olduğu media quruluşları Cənub bölgəsində insan hüquqları problemlərini işıqlandırıb.

Gununsesi.info