Mahsun Kırmızıgül Mübariz Mənsimovun məhkəməsində dindirildi – FETO İLƏ ƏLAQƏSİ OLMAYIB

Məşhur türkiyəli müğənni və prodüser Mahsun Kırmızıgül FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilən iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsində ifadə verib.

Gununsesi.info xəbər verir ki, M.Kırmızıgül sərbəst ifadəsində bu sözləri deyib: “Mübariz bəylə biz uzun zamandır ailə dostuyuq. Bu ittihamları eşidəndə, çox təəccübləndim. Uzun zamandır, yanında olmuşam və heç bir zaman o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb, bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyə işlərinin də şahidi olmuşam”.

Gununsesi.info