“Çobanlara itaət edərək qoyun sürüsü olmağa davam etdik” – Asratyan

  • By arzu
  • 30 Noyabr 2020 12:59

“Niyə uduzduq? Bu sualı özümüzə hələ uzun müddət verəcəyik”.

Gununsesi.org Axar.az-a istinadla xəbər verir ki, bu barədə “DQR” separatçı-terrorçularının keçmiş təmsilçisi Senor Asratyan deyib.

“Biz ən sadə şeyi etmədik – özümüzə hörmət. Bir-birimizi daha güclü etmək əvəzinə zəiflətməyi, sevmək əvəzinə nifrət etməyi seçdik. Bir neçə çoban bizi qoyun sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Ayıldığımız zaman isə məğlubiyyətin qoynunda idik. Ancaq bu vəziyyətdə də çobanlara itaət edərək qoyun sürüsü olmağa davam etdik, çünki biz həm müstəqil düşünmək qabiliyyətini, həm də düşünməyi hələ də bilən birini dinləmək qabiliyyətini  itirmişik”, – Asratyan qeyd edib.

Gununsesi.org