Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

  • By ilhame
  • 11 Fevral 2024 13:17

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

 

Bu barədə sayta Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.

Gununsesi.info