Məşhur jurnalist Xəzər TV-dən ayrıldı

Xəzər TV-nin Baş Redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı kanaldan ayrılır.

Gununsesi.info  bildirir ki, bu barədə onun özü məlumat verib.

“Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım.Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb sağollaşdım.Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çox saylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür…”

 

Gununsesi.info