
Tanınmış italiyalı aktrisa Monika Vitti 90 yaşında dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə siyasətçi Valter Veltronu tviterdə yazıb.
“la Repubblica” qəzetinin yazdığına görə, Vitti uzun illər idi ki, Alsheymer xəstəliyindən əziyyət çəkirdi və 2001-ci ildən ictimaiyyət arasında görünmürdü.
Qeyd edək ki, M. Vitti 1931-ci il noyabrın 3-də Romada anadan olub. Aktrisa beş dəfə “Dacid di Donatelo” mükafatına layiq görülüb. O, rejissor Mikelancelo Antonioninin “The Adventure”, “The Eclipse”, “Red Desert” filmləri sayəsində populyarlıq qazanıb. 80-ci illərin sonunda kino karyerasına son qoyub, amma televiziya və teatrda fəaliyyətini davam etdirib. 1995-ci ildə Venesiya festivalında “Karyeraya görə qızıl şir” mükafatına layiq görülüb.
Gununsesi.info