Məşhur aktirsa BMT-dəki vəzifəsindən istefa verdi – FOTO

Tunisli aktrisa Hend Sabri İsrailin hücumları altında Qəzzada yaşayan insanlara qarşı “aclığın müharibə silahı kimi” istifadəsinə etiraz olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının xoşməramlı səfiri vəzifəsindən istefa verib.

Gununsesi.info xəbər verir ki, aktrisa X platformasındakı hesabından İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

“Dünyada 13 illik humanitar fəaliyyətdən sonra mən Ümumdünya Ərzaq Proqramındakı vəzifəmdən istefa verdim. BMT-dəki xoşməramlı səfir vəzifəsindən istefa verdiyimi dərin kədər hissi ilə elan edirəm”, – Sabri deyib.

Gununsesi.info