Mərkəzi Amerikada güclü zəlzələ oldu

  • By ilhame
  • 06 Fevral 2024 21:20

Mərkəzi Amerikada Salvador sahillərində güclü zəlzələ baş verib.

 

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Qeyd iolunub ki, yeraltı təkanların gücü 5,5 bala çatıb.

 

Zəlzələnin episentri Santa-Tekla şəhərindən 79 kilometr cənub-qərbdə yerləşib.

 

Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.

 

Gununsesi.info