
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçirib.
Gununsesi.info Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin şöbə müdiri Orxan Zöhrabov saxlanılaraq, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Orxan Zöhrabov Nəsimi rayon məhkəməsinin sədri İlham Cəfərovun qızının həyat yoldaşıdır.
Gununsesi.info