
Aleksander Stubb Finlandiya Prezidenti kimi ölkə üzrə ilk səfərini Rusiya ilə sərhədə – “Niirala” nəzarət-keçid məntəqəsinə edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısının ofisi məlumat yayıb.
Səfər martın 27-nə planlaşdırılıb. Prezident və xanımı sərhədə səfər etdikdən sonra Yoensuu şəhər administrasiyasının nümayəndələri ilə görüşərək regionda mövcud problemləri müzakirə edəcəklər.
Gununsesi.info