Livandan İsrailin şimalına raket zərbələri endirilib

  • By ilhame
  • 20 Noyabr 2023 19:28

Livan ərazisindən İsrailin şimalına raket zərbələri endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu məlumat yayıb.

 

Bildirilib ki, hücum nəticəsində hərbi qərargaha ziyan dəyib.

Həmçinin, İsrail ordusunun da Livanın cənub bölgələrinə artilleriya atəşi açdığı qeyd edilib.

Xatırladaq ki, İsrail ordusu ilə Livanın “Hizbullah” hərəkatı arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 76 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.

Gununsesi.info