Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim etdi

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Gununsesi.info xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

HTML tutorial

Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Gununsesi.info