Lənkəranda maşın məktəblini vurdu

Lənkəran rayonunda avtomobil piyadanı vurub.

Gununsesi.info  xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info