
Suriyanın şimalında “Sülh mənbəyi” əməliyyatının keçirildiyi bölgədə 6 YPG (PKK terror təşkilatının Suriya qanadı) terrorçu məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar terror aktları keçirməyi planlaşdırıblar.
Nazirlik qeyd edib ki, əməliyyatı Türkiyə xüsusi təyinatlıları həyata keçirib.
Gununsesi.info