
Laçın rayonundan yeni görüntülər yayılıb.
Gununsesi.info-nun Modern.az-a istinadən verdiyi xəbərə görə, Laçını tərk etməli olan ermənilər evləri yandırır, meşələrə od vururlar.
Vandal əməllərdən əl çəkməyən ermənilər avqustun 25-nə kimi qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etməlidirlər. Onlar isə Laçından çıxmazdan əvvəl ekoloji cinayət törədərək əsl xislətlərini bir daha nümayiş etdirirlər.
Gununsesi.info