Laçın yolunda aksiya davam edir -Fəallıq müşahidə edilir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 23 gündür davam edir.

Gununsesi.info xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının ərazidə fəallığı müşahidə olunur.

HTML tutorial

Onlar axşam saatlarında da mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Gununsesi.info