Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb

Laçında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.

Onun Sünik vilayətinin Tex kəndi ərazisində saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.

 

 

Gununsesi.info