Kriştianu Ronaldunun muzeyi açılıb

  • By ilhame
  • 26 Noyabr 2023 13:42

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun muzeyi açılıb.

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.

Ronaldunun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.

Gununsesi.info