Rusiya “Meta” korporasiyasının mətbuat katibini axtarışa verib

  • By ilhame
  • 26 Noyabr 2023 14:49

“Meta” korporasiyasının mətbuat katibi Endi Stoun Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Bu barədə Gununsesi.info “TASS”a istinadən xəbər verir.

“Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, – Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında deyilir.

Ancaq onun axtarışının hansı maddə ilə aparıldığı qeyd edilmir.

Gununsesi.info