
”Bakının ”Atletlər Kəndi”ndəki karantin mərkəzində və koronavirus xəstələrinin müalicə aldığı bir neçə xəstəxanada bir neçə gün qabaq baş verən zəhərlənmə olayı ilə bağlı müvafiq qurumlarda araşdırma aparılır”.
Bu barədə Gununsesi.info-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinidən (TƏBİB) bildirilib.
Qeyd edək ki, Gununsesi.info-nun araşdırması zamanı koronavirus xəstələrinin və tibbi personalın gündəlik qida təminatını həyata keçirən şirkətin adı bəlli olub. Bu, ”’Fresh Catering”’ MMC şirkətidir.
O da bəlli olub ki, indiyədək Bakıda təşkil olunan beynəlxalq idman yarışlarında da qida təminatını ”Fresh Catering” həyata keçirib.
Zəhərlənmə olayından sonra bu şirkətlə müqaviləyə xitam verilib-verilməməsinə gəlincə, TƏBİB-dən konkret fikir səsləndirilməyib.
O, bildirib ki, araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək.
”Fresh Catering”in internet səhifəsində əlaqə üçün qeyd olunan telefonlara davamlı zənglərimiz isə cavabsız qalıb.
Gununsesi.info