Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, daha üç ölkədə – Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanında virusa yoluxma halı qeydə alınıb.
Sinqapur Səhiyyə Nazirliyinin məlumatına görə, 66 yaşlı Çin vətəndaşında virus aşkarlanıb. Vyetnamda da 2 nəfər Çin vətəndaşı xəstəliyə yoluxub.
Səudiyyə Ərəbistanında isə hindistanlı tibb bacısında virus tapılıb.
Qeyd edək ki, Çində koronavirus 17 nəfərin ölümünə səbəb olub. 600 nəfər isə virus daşıyıcısıdır.
Gununsesi.org
COMMENTS