
Rusiyalı teleaparıcı və həkim Yelena Malışeva hesab edir ki, kişinin belinin ölçüsünə əsasən nə qədər ömür sürəcəyini təyin etmək mümkündür.
Gununsesi.info xəbər verir ki, həkim belin ölçüsünün 1 metrə yaxınlaşmasının artıq həyəcan siqnalı olduğunu deyib. Mütəxəssis bildirib ki, İsveç alimlərinin xəstənin çəkisi ilə testosteron səviyyəsi arasındakı əlaqəsini öyrənən araşdırmalarına əsaslanıb:
“Kişinin çəkisi nə qədər çox olarsa, testosteron hormonları o qədər aşağıdır, bu da gənc yaşda ölüm ehtimalını artırır”.
Gununsesi.info