Kamçatkada 5,2 maqnitudada zəlzələ olub

  • By Günel
  • 14 Avqust 2025 21:36

Kamçatkada 5,2 maqnitudada zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 414 km aralıda qeydə alınıb.

Yeraltı təkanlar 63,8 km dərinlikdə yerləşib.

Gununsesi.info