“Kalaşnikov” konserni AK-74M-M partiyasını buraxıb

  • By ilhame
  • 12 Dekabr 2023 21:55

“Kalaşnikov” silahların qismən yığılmasına və sökülməsinə imkan verən AK-74M-M avtomatının kütlə-qabarit maketlərinin (KQM) partiyasını buraxıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

 

Partiyaya yeddi mindən çox modelin daxil olduğu qeyd edilir. Konsern əlavə edib ki, KQM-yə tələbat müəssisənin istehsal imkanlarını xeyli üstələyir. Onlar hərbi atıcı silahlar üçün dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə eyni vaxtda hazırlanır.

 

Xatırladaq ki, daha öncə AK-12 avtomatlarının Rusiya qoşunlarına tədarükü 2023-cü ildə, demək olar, iki dəfə artıb.

 

“Kalaşnikov” konserninin icraçı direktoru Andrey Barışnikov bildirib ki, konsern ilin sonunadək modernləşdirilmiş AK-12 avtomatının istehsalına başlamağı planlaşdırır.

 

Gununsesi.info