Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Gununsesi.org “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.
Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.
Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Gununsesi.org
COMMENTS