
Mən içkidən uzaqlaşandan bəri özümə söz vermişəm ki, içərisində qeyri-etik, kobud ifadələr olan yazılar yazmayım və ümumiyyətlə heç kimə və heç nəyə qarşı aqressiv olmayım.
Çünki şər dünyasıdır, böhtan dünyasıdır. Bu dünyanı öz fəhmi ilə duyan, hiss edən, tanıyan adam niyə kiməsə, nəyəsə əsəbiləşməlidir? Yerindən duran sənin haqqında nəsə yazacaq, danışacaq, sən də ona-buna cavab verə-verə, ona-buna hirslənə-hirslənə, onu-bunu söyə-söyə axırda özün bambılı vəziyyətə düşəcəksən. Bu, köhnə KQB metodudur. Ona görə də biri mənə deyəndə ki, qatıq qaradır, deyirəm, yox, ağdır. O, yenə deyəndə ki, qaradır, qayıdıram ki, düz deyirsən, qaradır. Qoy əl çəksin də, işim-gücüm qurtarıbmı ki, kimləsə qatığın üstündə dava eləyim? İndi mənim haqqımda orda-burda danışırlar, yazırlar ki, guya Kəramət hakimiyyətin hansısa məmurundan maliyyələşir və bunun qarşılığında sifarişli statuslar yazır. Azərbaycan xalqının bir kodu da söyüş olduğu üçün məcburam fikirlərimi söyüşlə ifadə edim. Buna görə üzrlü sayın. Özümə verdiyim sözü bir dəfə pozum, daha pozmayacam. Mən 14 ildir bu profili işlədirəm. Bütün bu illər ərzində nə yazmışamsa, səhv də olsa, düz də olsa, öz içimin və ruhumun diqtəsi ilə yazmışam. Hansısa bir məmurdan kiminsə əlehinə və ya kiminsə lehinə status yazmaq üçün pul alıramsa, belə bir şey varsa, mənə pulla sifarişli yazılar yazdıran bir məmur, hakimiyyət nümayəndəsi, yaxud başqa bir adam varsa və ya Azərbaycan hakimiyyəti əleyhinə mənə yazılar yazdıran, mövzular verən kimsə varsa, həmin məmura, həmin adama burdan deyirəm: sən fahişənin qarnından çıxmısan, evində də fahişə saxlayırsan! Və özümə də deyirəm: Kəramət, sən belə bir şey eləyirsənsə, fahişədən əmələ gəlmisən! Mən nə kimisə bu şəkildə təhqir etmək ləyaqətinə sahibəm, nə də o cəsarətdə bir adamam. Belə bir şey yoxdur deyə bunu rahat yazıram. Mənim haqqımda belə şər, böhtan yazan adamları isə təhqir etmirəm. Çünki o adamlar var, mövcuddur deyə onun anasına, ailəsinə fahişə deyə bilmərəm. Çünki nə o ləyaqət, nə də o cəsarət sahibiyəm. Mən şəxsi maraq adamı deyiləm. Çevrə, qrup adamı da deyiləm. Öz ağlım, öz düşüncəm var. Nə yazmaq olar, nə yazmaq olmaz, özüm bilirəm və özüm müəyyənləşdirirəm. Təbii, hansısa statusum kiminsə marağına uyğun gələ bilər. Düşüncələrim gedib Məmmədin, Vəlinin marağı ilə üst-üstə düşürsə, ona mən nə edim? Heç hakimiyyət də mənim haqqımda bu böhtanları danışan və yayan adamlar qədər axmaq və səfeh deyil ki, Kəramət kimi öz içinə, ruhuna sadiq qalmış bir adama etibar eləsin. Heç mən də o qədər axmaq və səfeh deyiləm ki, gedəm birindən pul alam o birisini söyəm, o birisindən pul alam, bu birisinə söyəm, ictimaiyyəti, izləyicilərimi aldadam, axırda da əski parçasına dönəm.
Bundan sonra mənim haqqımda bu cür söz-söhbətlərə, şər-böhtanlara cavab verməyəcəm.
Uzaq başı deyəcəm ki, düz deyirsən, yaxşı eləyirəm.
Kəramət Böyükçöl