
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.
Gununsesi.info-nun “Report”a istinadla məlumatına görə, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Gununsesi.info