Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

  • By ilhame
  • 12 Dekabr 2023 21:39

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

 

Gununsesi.info-nun məlumatına görə, avtomobil yolunun “Ömər aşırımı” adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

 

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info