
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əf sərəncamının icrası davam edib.
Gununsesi.info xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub.
Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.
Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və jurnalist də var. Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.
Gununsesi.info