Jurnalist Mahir Xəttab saxlanıldı - RƏSMİ

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info-un əldə etdiyi məlumata görə, o hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Gununsesi.info-a faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Gununsesi.info