İtkin düşən 13 nəfər tapıldı

  • By Admin2
  • 25 Aprel 2026 17:02

İtkin düşən 13 nəfər ötən gün tapılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.