Bakı metrosunda gedişhaqqı artır? – AÇIQLAMA

Bakı metropolitenində qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu səlahiyyət təmsil etdiyi qurumda deyil:

“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gediş haqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.