İtaliyada vəfat edən həmyerlimizin ailəsi kömək istəyir: - XİN məsələni nəzarətə götürdü

  • By Admin2
  • 13 İyul 2026 11:01

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Akşin Şamil oğlu İtaliyanın Latisana şəhərində vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, bildirilir ki, mərhumun həyat yoldaşı üç azyaşlı övladı ilə çətin vəziyyətdə qalıb.

Bu barədə mərhumun həyat yoldaşı Leyla Mayılova saytımıza açıqlama verib.

”Üç körpə uşaqla qalmışam. Bilmirəm, nə edim. Buradakı Azərbaycan səfirliyinə məlumat verdim, amma xəbər yoxdur”, -deyə o bildirib.

Məsələ ilə bağlı Gununsesi.info Xarici İşlər Nazirliyinə sorğu verib.

Sorğumuza cavab olaraq bildirilib ki, bu cür hallarda səfirlik səlahiyyətləri çərçivəsində hər zaman dəstək göstərir. Məsələ nəzarətə götürülüb, müvafiq addımlar atılacaq”.

Elmar

Gununsesi.info