İsveçrə parlamentinin hər iki palatası rəsmi olaraq Federal Nəqliyyat Departamentinin rəhbəri Simonetta Sommaruqanı 2020-ci il üçün prezident seçib.
Gununsesi.org bu barədə “Report”a istinadən xəbər verir.
Qeyd olunur ki, S.Sommaruqa 2019-cu il yanvarın 1-dən İsveçrənin federal müşaviri və vitse-prezidenti vəzifələrini icra edib.
Xanım siyasətçi 2010-cu ildən federal şuranın üzvüdür, 2015-ci ildə də ölkə prezidenti olub.
Gələn il vitse-prezident postunu isə Federal İqtisadiyyat, Elm və Təhsil Departamentinin hazırkı rəhbəri Qi Parmelan tutacaq.
COMMENTS