“İstefa verməyə hazırlaşmıram” – Paşinyan

  • By arzu
  • 14 Dekabr 2020 14:16

“Xalq məhkəməsinə çıxmağa hazıram, ancaq istefa etməyəcəm”.

Gununsesi.org bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan etdiyi son video-müraciətində deyib.
Paşinyan öz çıxışında savaşla bağlı araşdırma komissiyasını yaratmağa hazır olduğunu söyləyib.
“Xalq məhkəməsinə çıxmağa hazıram, ancaq istefa etməyəcəm. Vəzifədən yalnız xalqın iradəsi ilə gedəcəm”,  – deyə erməni Baş nazir qeyd edib.
Paşinyan həmin nitqində ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrini inkişaf etdirməyin lazım olduğunu da dilə gətirib.

 

Arzu

Gununsesi.org