İstanbuldakı terror aktından sonra saxlanılanların sayı 100-ü keçib

  • By ilhame
  • 09 Fevral 2024 20:24

Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib.

 

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cümlədən saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, – nazir deyib.

 

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.

 

Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü polis olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan ölüb. Yerli KİV hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. İstintaqın versiyasına görə, terrorçular onu azad etməyi planlaşdırmışdılar.

Gununsesi.info