İstanbuldakı silahlı hücuma görə 34 nəfər saxlanıldı

  • By ilhame
  • 06 Fevral 2024 20:05

Türkiyənin İstanbul şəhərində məhkəmə binası yaxınlığında baş verən atışma ilə bağlı 34 şübhəli saxlanılıb.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

 

“Hazırda bizdə 34 şübhəli var. Beş prokuror və baş prokurorun müavini baş verənlərin bütün təfərrüatlarını öyrənirlər”, – Tunç jurnalistlərə bildirib.

 

Gununsesi.info