
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonum Muğanlı kəndində qeydə alınıb.
Hərəkətə olan VAZ markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 1976-cı il təvəllüdlü Orucov Həbulla xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info